Xəzər Xəbər

Bazarlarda satılan turşular təhlükəlidirmi? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:11 • 19 Yanvar 2024
Bazarlarda satılan turşular təhlükəlidirmi? – ARAŞDIRMA

Düzgün hazırlanmayan turşular zəhərlənməyə, bəzən də ölümə gətirib çıxarır.

Xezerxeber.az xəbər verir ki, qış mövsümündə  turşuya olan təlabatın artması bəzən müəyyən fəsadlarla  müşaiyət  olunur.

Bəs alıcılar turşu alarkən nələrə diqqət  edir?

Satıcılar deyir ki,onlar satdıqları  turşuların təhlükəsizliyinə zəmanət verir. Onların sözünə görə, meyvə-tərəvəzlərdən düzəldilən bu bağlamalar sterilizə olunmuş şəraitdə hazırlanır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlanılıb.

Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlama nəzarət tədbirləri həyata keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, konservləşdirilmiş məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə, etiket məlumatlarına, qabın səthində nöqsanların olub-olmamasına diqqət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar