Qazaxda 13 yaşlı uşaq qızılcadan dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, rayonun Hüseyinbəyli kəndindən olan Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə əvəlcə Qazax Mərkəzi Xəstəxanasına, oradan da Gəncədəki tibb müəssisəsinə aparılıb. Övladının vəziyyətinin ağır olduğunu görən ailə Bakıya üz tutsa da,13 yaşlı qız yolda dünyasını dəyişib.
Ailəsi bildirir ki, Nəzrindən qabaq 10 yaşlı qardaşı qızılca olub. O, bu xəstəliyi normal kecirdikdən sonra bacısı da yoluxub. 7-ci sinif şagirdi olan Nəzrin xəstəliyi normal keçirsə də sonradan qəfil halı pisləşib .
Qazax Mərkəzi rayon Xəstəxanasından bildirdilər ki, Nəzrin Şabanzadə bir həftə əvəl günorta saatlarında xəstəxaya çatdırılıb. Gətirilən zaman vəziyyəti ağır olub.
Hadisəyə TƏBİB-dən münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: