Bakıdan Sumqayıta və əks istiqamətdə gedib-gələnlərin işləri daha da asanlaşacaq.
Xezerxeber.az xəbər verir ki, artıq sərnişinlər Bakıdan Sumqayıta və əks istiqamətdə ''Bakubus'' avtobusları ilə gedib-gələ biləcək. Bu məqsədlə Azərbaycan yerüstü nəqliyyat agentliyi tərəfindən 14 müasir və iritutumlu avtobus ayrılıb.
Avtobuslar Sumqayıtdan səhər saat 5:50-də, Bakıdan isə səhər saat 6:30-da çıxacaq. Sonuncu reylər isə Bakıdan axşam saat 23:00-da, Sumqayıtdan isə axşam saat 22:20-də yola düşəcək.
AYNA-nın sözçüsü Tural Orucov bildiirb ki, həmin avtobuslara ekspres olduğu üçün cəmi 6 dayanacaqda sərnişinlər düşüb-minə biləcəklər. Onun sözlərinə görə, agentlik tərəfindən Sumqayıtdan bakı şəhər istiqamətində nəqliyyatın sərnişin tələbatı nəzərə alınaraq belə bir addım atılıb. Marşrut xətti Sumqayıt avtovağzalı ilə Bakı Beynəlxalq Avtovağzalını əlaqələndirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: