Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobili yanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.