İçərisində tonlarla süd olan maşında problem yaranıb və süd yola dağılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisənin bölgələrin birində baş verdiyi bildirilir.
Bu hadisə ölkə daxilində daşınan yüklərin sığorta edilib-edilməməsini gündəmə gətirir.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Üstəlik, bu, könüllü sığorta növü olduğundan həm şirkətlər, həm də yük sahibləri bəzən buna biganə yanaşırlar. Amma beynəlxalq təcrübədə yüklərin sığortalanmasına xüsusi önəm verilir.
Ekspertin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən yüklərə təminat verilir.
Bəzi yüklərin daşınma riski çox yüksək olduğundan əksər şirkətlər onları sığortalamaqdan imtina edirlər.
Sığorta haqqı isə yüklərin risklilik dərəcəsindən, daşındığı ərazidən və məsafədən asılı olaraq dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: