Artıq həkimə müraciət edən pasiyentlər kağızda deyil, elektron formada olan reseptlərlə apteklərdən dərman ala biləcəklər.
Amma bəzi vətəndaşlar elektron reseptlərin istifadəsində çətinliklər yaşaya biləcəklərini düşünürlər. Bəzi vətəndaşlar isə elektron reseptlərin ənənəvi reseptlərə nisbətən daha rahat olacağı qənaətindədirlər.
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı həkimlər deyirlər ki, sözügedən elektron reseptlər vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edəcək.
Həkim Aydın Əliyev isə texniki məsələlərdə çətinlik çəkən həkimlər üçün təlimlər keçilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: