Xəzər Xəbər

Analıq məzuniyyətinin müddəti artırıla bilər VİDEO

Veb TV | 21:31 • 18 Yanvar 2024
Analıq məzuniyyətinin müddəti artırıla bilər

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı məzuniyyət müddətinin artırılması təklif olunur.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırda qanunvericilikdə bu müddət 126 gün təşkil edir. Bu isə bəzən yetərsiz olur.

Hazırda 2 və 3 uşaq dünyaya gətirən qadınların məzuniyyəti 140 gündür.

Millət vəkili əlavə edib ki, əgər təklif qəbul edilərsə, iki və üç uşaq dünyaya gətirən qadınların məzuniyyəti 140-dan 154 günə qaldırılacaq. Təklif müvafiq icra hakimiyyəti orqanlarına göndəriləcək. Daha sonra büdcə yükü müəyyənləşdirildikdən sonra Milli Məclisin plenar iclasına təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti