Qızılca ilə bağlı ölkəmizdə böyük problem var. Bir tərəfdən də yeni "X" virusu düynayda böyük qorxuya səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, epidemioloji vəziyyət bütün dünyada olduğu kimi bizim ölkəmizdə də sabit deyil. Bir çox yoluxucu xəstəliklər yenidən görünməyə başlayıb. Koronavirus əvvəlki kimi təhlükəli xəstəlik olmasa da, digər yolxucu xəstəliklərin alovlanması müşahidə olunur. Xüsusən də qızılcanın.
Əhliman Əmiraslanov dünyada ciddi təşviş yaradan "X" virusundan da danışıb. O bildirib ki, bu virus haqda müxtəlif fikirlər səsləndirilməkdədir: “Lakin daha dəqiq məlumat bizdə yoxdur”.
Mili Məclisin Səhiyyə komitəsinin sədri bildirib ki, virusdan qorunmağın əsas yolu peyvənddir. Lakin cəmiyyətdə peyvəndlə əlaqədar mənfi fikirlər formalaşdığından, insanlar bundan yayınır. Bu səbəbdən də yolxucu virusları həmin şəxslər daha ağır keçirir.
Komitə sədri icbari tibbi sığorta ilə əlaqəli məsələlərə də diqqət çəkib. O qeyd edib ki, insanlar istədiyi xəstəxanada müalicə ala, istədiyi həkimi seçə bilmirlər. Bununla bağlı işlər görülür. Amma şikayətlər hələ də qalmaqdadır. Bundan başqa, icbari tibbi sığorta estetik əməliyyatlar, stomatoloq işləri və sair xidmətləri çıxmaqla bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı da iş gedir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: