Xəzər Xəbər

Rəqabət Məcəlləsi bu il tətbiq olunacaq VİDEO

Veb TV | 20:39 • 18 Yanvar 2024
Rəqabət Məcəlləsi bu il tətbiq olunacaq

Rəqabət Məcəlləsi bu il ərzində tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. 90 bazar subyektində bir sıra mal və yaxud xidmətinin reklamı zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Xidmət rəisi dərman vasitələrindəki süni qiymət artımına da  münasibət bildirib.

Konfransda həmçinin bildirilib ki, istehlakçılar tərəfindən bizə daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır.

“Sübutlar olduğu təqdirdə biz bunu protokollaşdıraraq müvafiq addımlar atırıq" - deyə vurğulanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti