Azərbaycanda hərbi cinayətlər ötən illə müqayisədə 6,1% azalıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib.
Eyni zamanda, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 40%, özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1% , əmri icra etməmə cinayətləri 66,7%, hərbi xidmətdən yayınma cinayətləri 33,7%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9% azalıb.
Hərbi Prokurorluq tərəfindən korrupsiya xarakterli 686 cinayət hadisəsi qeydə alınıb. Ötən il qeydə alınmış 24 57 cinayət hadisəsinin isə 2452-nin üstü açılıb.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kaman Əliyev prokurorluq orqanları əməkdaşlarının dövlətin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: