Xəzər Xəbər

Güclü qar Lənkərana ZİYAN VURDU VİDEO

Veb TV | 15:38 • 18 Yanvar 2024
Güclü qar Lənkərana ZİYAN VURDU

Lənkəran şəhəri ərazisində yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, şəhər ərazisində bəzi küçə və prospektlərdə irigövdəli ağaclar aşaraq yollarda hərəkətə maneə törədib, binaların dam örtüklərində dəmir parçaları qopub asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.

Yaranmış fəsadların aradan qaldırılması məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xəbər lenti