Qəbələ şəhərinin Almalıq Bağı yeni yaşayış massivində 3 ildən çoxdur ki sakinlərə təbii qaz xətti çəkilib. Hazırda isə ərazidə yaşayan ailələr qazdan lazımınca istifadə edə bilmirlər.
Sakinlərin sözlərinə görə, bu massivdə son illər abonentlərin sayı təxminən 150 yə qədər artsada ərazidə qaz təchizatını normalaşdırmaq üçün qurğu qurulmayıb.
Xezerxeber.az xəbər verir ki, nəticədə indi evlərdə qazın təyziqi ən aşağı səviyyədədir.
Son günlər havaların şaxtalı keçməsi isə vəziyyəti bir az da qəlizləşdirir.
Məsələ ilə ilə bağlı aidiyyəti qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, deyilən ərazidə sakinlər öz hesablarına qaz xətti çəkiblər. Satandartlara uyğun olmadığına görə təzyiq bərabər paylanmır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: