Xəzər Xəbər

Azərbaycanda oğlan uşaqları ilə qız uşaqları arasında doğum fərqi böyüməyə BAŞLADI VİDEO

Veb TV | 21:00 • 17 Yanvar 2024
Azərbaycanda oğlan uşaqları ilə qız uşaqları arasında doğum fərqi böyüməyə BAŞLADI

Hər il doğulan oğlan uşaqları çoxluq təşkil edir.

Xezerxeber.az xəbər verir ki, bunu statistik rəqəmlər də sübut edir. Təkcə ötən il ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Həkimlər bu göstəricinin artmasının səbəbini birbaşa ailələrdə görür.

Oğlan uşaqlarına maraq bu sayın artmasına gətirib çıxarır.

Onlar bildirir ki, hər nə qədər oğlan uşağına meyillik fikrindən ailələri daşındırmaq istəsələr də amma nəticə dəyişmir.

Sosioloqlar isə bu göstərcinin gələcəkdə ciddi problemlərə yol acaçağını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar