Xəzər Xəbər

Paytaxtın bu ərazisində işıqforun işləməməsi qəzalara və tıxaca səbəb olur VİDEO

Veb TV | 20:50 • 17 Yanvar 2024
Paytaxtın bu ərazisində işıqforun işləməməsi qəzalara və tıxaca səbəb olur

İşıqfor qoyulsa da aylardır işləmir. Mövcud vəziyyət günün pik saatlarında hərəkətin intensiv olduğu yolda tıxaca səbəb olur.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Bakıxanov küçəsindən gedir. Şərq küçəsi ilə Ramiz Qəmbərov küçəsinin kəsişməsində işıqforun işləməməsi səbəbindən sürücülər əziyyət çəkir.

Sakinlər iddia edir ki, hərəkətin təşkilini düzgün tənzimləmək üçün bir müddət əvvəl həmin əraziyə işıqfor qoyulub.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, qeyd olunan yol kəsişməsindəki nizamlayıcının işə salınması üçün son texniki tamamlanma işləri aparılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar