Xəzər Xəbər

İçərisində 7 nəfərin olduğu liftin 6-ci mərtəbədən sürətlə düşdüyü hadisə ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 20:30 • 17 Yanvar 2024
İçərisində 7 nəfərin olduğu liftin 6-ci mərtəbədən sürətlə düşdüyü hadisə ilə bağlı TƏFƏRRÜATLAR

Dünən axşam saatlarında paytaxdakı yeni tikililərdən birinin liftində qəza baş verdi.

“Xəzər Xəbər” həmin hadisəsinin baş vermə səbəblərini və xəsarət alanların vəziyyətini araşdırıb.

Hadisə zamanı liftdə yeddi nəfər olub. Belə kİ, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Bina sakinləri bildirir ki, məsələ ilə bağlı dəfələrlə MTK işçilərinə məlumat verilib.

Onların sözünə görə, bina Şərur MTK-nındır. Maraqlısı isə odur ki, Şərur MTK ilə əlaqə saxladıqda tikinti şirkətindən bizə binanın onlara aid olmadığı deyildi və başqa tikinti şirkətinin adı verildi.

Həmin şirkətlə də əlaqə saxladıq.

Bildirildi ki, informasiya yanlışdır, həmin ərazidə onların ümumiyyətlə binası yoxdur. Məsələyə Xətai rayon İcra Hakimiyyətindən münasibət bildirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar