Xəzər Xəbər

Mebel sexində baş verən partlayışda yaralananların SON VƏZİYYƏTİ NECƏDİR? VİDEO

Veb TV | 20:20 • 17 Yanvar 2024
Mebel sexində baş verən partlayışda yaralananların SON VƏZİYYƏTİ NECƏDİR?

Bakıdakı dəhşətli partlayışla bağlı axtarış xilasertmə işləri bu gün də aparılıb.

Xezerxeber.az xəbər verir ki, partlayış baş verən ərazidə dağıntılar altında qaldığı güman edilən şəxslərin yaxınları bir neçə gündür ki, onların tapılmasını gözləyir.

Bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov və Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gələrək axtarış xilasetmə işləri ilə maraqlanıblar.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar