Xəzər Xəbər

DYP-dən qəzalarla bağli sürücülərə ÇAĞIRIŞ VİDEO

Veb TV | 20:00 • 17 Yanvar 2024
DYP-dən qəzalarla bağli sürücülərə ÇAĞIRIŞ

Ağır yol-nəqliyyat hadisələrin əsas səbəblərindən biri də məcburi dayanma zamanı sürücülərin, təhlükəsizlik qaydalarına riayət etməməsidir.

Xezerxeber.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir. Elə ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəzanı buna misal olaraq göstərmək olar.

Qurumun inspektoru Elvin Hacıyev bildirib ki, məcburi dayanma zamanı sürücülər nəqliyyat vasitəsindəki bütün təhlükəsizlik imkanlarından istifadə etməlidir.

İnspektor bildirib ki, sürücülər qəza dayanma nişanını avtomobildən adətən 5-10 metr məsafədə quraşdırır. Bu isə həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitələrinin tormoz yolundan qısadır. Saatda 64 km sürətlə hərəkət edən nəliyyat vasitəsinin tormoz yolu 12 metdir.

Bu səbəbdən də qəza qaçılmaz olur.

İdarədən o da bildirilib ki, respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bunun əsas səbəbi isə piyadaların məsuliyyətsizliyidir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar