Xəzər Xəbər

Binada liftin qırılması nəticəsində xəsarət alan şəxs danışdı VİDEO

Veb TV | 14:44 • 17 Yanvar 2024
Binada liftin qırılması nəticəsində xəsarət alan şəxs danışdı

Məlumat verdiyimiz kimi, ötən gün Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında yerləşən binanın liftində qəza baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı liftin içərisində olan bina sakinləri şaxtaya düşüb. 

Nəticədə dörd nəfər xəsarət alıb.

Onlardan üç nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, biri isə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 

Liftin qırılması zamanı xəsarət alan şəxslərdən biri "Xəzər Xəbər"ə hadisənin necə baş verdiyini danışıb və hazırda sağlamlıq durumunun nə yerdə olduğunu söyləyib.

Xezerxeber.az həmin şəxsin fikirlərini təqdim edir.

Xəbər lenti

Çox oxunanlar