Xəzər Xəbər

Bakının yeni Baş planının nə qədər ərazini əhatə etdiyi məlum olub VİDEO

Veb TV | 20:39 • 16 Yanvar 2024
Bakının yeni Baş planının nə qədər ərazini əhatə etdiyi məlum olub

Bakının mənzil fondu yenilənəcək, universitetlər mərkəzdən çıxarılacaq, çoxmərtəbəli binaların tikintisinə məhdudiyyət tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Bakının Baş planının detallarını açıqlayan Komitə sədri bildirib ki, Bakıda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər.

Anar Quliyev həmçinin deyib ki, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46 -ya çatdırılması planlaşdırılır.  

Bakının yeni Baş planı paytaxtın bütün sərhədlərini, yəni 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir.

Anar Quliyev deyib ki, Bakının xüsusilə mərkəzi hissəsində çoxmərtəbəli binaların tikintisi ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək.

Baş plan paytaxtdakı ali təhsil müəssisələrinin kənara köçürülməsi məsələsini də özündə ehtiva edir.

Bildirilib ki, planda Bakının mənzil fondunun yenilənməsi də əsas hədəflərdən biridir və bu işlər bu gün də davam edir.

Komitə sədri günlərdir müzakirə olan Xırdalana metro xətti çəkiləcəkmi sualını da cavablandırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar