Xəzər Xəbər

Zabrat sakinləri yol sarıdan çətinlik çəkirlər VİDEO

Veb TV | 20:56 • 16 Yanvar 2024
Zabrat sakinləri yol sarıdan çətinlik çəkirlər

Bakının Sabunçu rayonu, Zabrat 2 qəsəbəsinin sakinləri yoldan şikayətçidirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, yaşadıqları Murad Mirzəyev küçəsində asfalt örtüyünün olmaması onlar üçün problemə çevrilib.

Yağışlı - qarlı havada isə vəziyyət daha da çətinləşir.

10 dəqiqəlik yolu 1 saata getmək məcburiyyətində qalan sakinlər deyir ki, küçə sonuncu dəfə 15 il əvvəl asfaltlanıb. Bu küçədə həm avtobuslar, həm də təcili tibbi yardım maşınları çətinliklə hərəkət edirlər.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, daxili küçə və yollara Agentlik tərəfindən xidmət göstərilmir.

 Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, rayonun qəsəbə və məhəllədaxili yollarının təmiri aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Bununla bağlı sözügedən qəsəbənin Murad Mirzəyev küçəsinə asfalt örtüyünün vurulması ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən 1 il əvvəl məktubla aidiyyəti üzrə müraciət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar