Xəzər Xəbər

Bakıda qəzalı qaz xəttini yapışqan lentlə “təmir” ediblər VİDEO

Veb TV | 20:23 • 16 Yanvar 2024
Bakıda qəzalı qaz xəttini yapışqan lentlə “təmir” ediblər

Sabunçu rayonu, Şəhər şossesi, Döngə 1 ünvanında qəzalı qaz xəttini yapışqan lentlə “təmir” ediblər.

Xezerxeber.az-ın məlumatına görə, həmin ünvanda

yaşayan sakinlər deyir ki, bir müddət əvvəl ərazidən keçə qaz xəttində nasazlıq yaranıb və küçəyə qaz sızmağa başlayıb.

Problemlə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdikdən sonra qurumun əməkdaşları xətdəki sızıntının qarşısını qeyri - adi üsulla alıblar.

Sakinlər deyir ki, neft kəmərləri və qəzalı qaz xətti yaşayış evlərinin bir addımlığından keçdiyindən vəziyyət daha da təhlükəli hal alır. Buna baxmayaraq, sakinlər aidiyyəti qurumu əraziyə cəlb edə bilmirlər.

Məsələ ilə əlaqədar “Azəriqaz”la əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələdən xəbərdardırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar