Xəzər Xəbər

Vaksinasiya ilə bağlı narazılıq: vətəndaşlar bu poliklinikada problemlə üzləşiblər VİDEO

Veb TV | 21:07 • 16 Yanvar 2024
Vaksinasiya ilə bağlı narazılıq: vətəndaşlar bu poliklinikada problemlə üzləşiblər

Peyvənd olunmaq üçün 6 saylı şəhər poliklinikasına yaxınlaşan vətəndaşlar problemlə üzləşiblər.

Şikayətçilərdən biri “Xəzər Xəbər”ə danışaraq bildirib ki, qızılca xəstəliyinə qarşı peyvənd olunmaq üçün onlara 10 nəfərin toplanmasını deyiblər.

Xezerxeber.az-ın məlumatına görə, 6 saylı şəhər poliklinikasından vətəndaşlara deyilib ki, peyvəndlər 10 nəfər üçün nəzərdə tutulub.

Mövzuya 6 saylı şəhər poliklinikasından münasibət bildirilib.

Poliklinikanın baş həkiminin müavini Kəmalə Səmədova da problemi etiraf edib: “Vaksinlər 10 nəfər üçün nəzərdə tutulub, 10 dozalıqdır. Biz müraciət edən vətəndaşları qeydiyyata alırıq. Heç olmasa 5-6 nəfər yığılandan sonra flakonu açırıq. Vətəndaşa da deyildi ki,  əlaqə nömrəsini qoysun çağırılacaq”.

Bəs o müddətdə vətəndaşlar qızılcaya yoluxsa, necə olacaq sualımıza isə cavab verə bilmədi.

Bu mövzuya səhiyyə naziri Teymur Musayev münasibət bildirib.

Nazir deyib ki, vətəndaş müraciət etdiyi zaman ona vaksin açılıb vurulmalıdır.

TƏBİB-lə də əlaqə saxladıq. Şifahi olaraq bildirildi ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 11-40 yaş arasında əhali üçün nəzərdə tutulan qızılca xəstəliyinə qarşı peyvənd istehsalçı tərəfindən 10 nəfərlik ampulalarda istehsal olunub. Belə bir tapşırıq yoxdur ki, 10 nəfər bir yerə yığıldıqda vaksin olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar