Xəzər Xəbər

Şəmkir və Şəkidə partlayış baş verib, yaralılar var VİDEO

Veb TV | 21:22 • 16 Yanvar 2024
Şəmkir və Şəkidə partlayış baş verib, yaralılar var

Şəmkir rayonunun Çinarlı qəsəbəsində evdə partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, ehtimal edilir ki, iki evi əhatə edən hadisəyə səbəb qaz sızması olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, partlayış baş verən ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruskiyaları 145 m² sahədə yanıb. Hadisə nəticəsində xəsarət alan 77 yaşlı Şücaət Novruzova rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Şəki rayonunun Vərəzət kəndində də fərdi evdə partlayış baş verib. Nəticədə mətbəxin divarları və tavanı dağılıb.

Ev sakini 55 yaşlı Arif Feyziyev rayon mərkəzi xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindən verilən məlumata görə, ona bədəninin 80-90 faizinin 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır hesab olunur.

Faktla bağlı araşdırmalar aparılır.    

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar