Xəzər Xəbər

Mebel sexində baş vermiş partlayışda ölənlərin sayı 9-a çatıb VİDEO

Veb TV | 19:49 • 16 Yanvar 2024
Mebel sexində baş vermiş partlayışda ölənlərin sayı 9-a çatıb

Ötən gün Bakıda mebel sexində baş vermiş partlayışda ölənlərin sayı 9 nəfərə çatıb.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri xüsusi təlim keçən itlərin vasitəsi ilə davam edir.

Hadisə baş verən ərazidə qərərgah yaradılıb və fasiləsiz axtarışlar aparılır. Xilasetmə işlərinə Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev rəhbərlik edir.  

Günorta saatlarında dağıntılar altından daha bir cəsəd çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dağıntılar altında qalanların olması ehtimal edildiyindən axtarış işləri hələ davam etdiriləcək.

Ötən gündən xəstəxanalarda müalicə alan yaralıların da bəzilərinin vəziyyətləri ağır olaraq qalır.

Qeyd edək ki, dəhşətli partlayış nəticəsində 24 nəfər xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar