Xəzər Xəbər

Avtomobil yanacağına necə qənaət etmək olar? VİDEO

Veb TV | 16:00 • 16 Yanvar 2024
Avtomobil yanacağına necə qənaət etmək olar?

Hava soyuduqca avtomobilin benzin sərfiyyatı da artır.

Xezerxeber.az xəbər verir ki, isti aylarla müqayisədə bu fərq hər 100 kilometr məsafədə 3-4 litrədək çata bilir. Sürücülər arasında hətta aylıq 400 manata yaxın yanacağa xərci çıxanlar da var.

Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, yanacağa müəyyən qədər qənaət etmək mümkündür.

Ustanın sözlərinə görə, tıxacda yanacaq istifadəsi 20-25 faizədək artır. Magistral və şəhərdaxili yollarda isə yanacaq sərfiyyatı fərqli olur.

Qeyd edək ki, yanacaq sərfiyyatının artmaması üçün benzin filtirinə də daim nəzarət olunmalıdır. Həmçinin, sürücülər mühərriki gün ərzində bir neçə dəfə yenidən işə salırsa, qızması üçün hər dəfə 5-6 dəqiqə gözləməyə ehtiyac yoxdur. Təxminən 1 dəqiqə qızdıqdan sonra yola düşmək olar ki, bu da yanacağa müəyyən qədər qənaət deməkdir.

Daha ətrfalı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar