Xəzər Xəbər

Bu il kirayə mənzil bazarında bahalaşma gözlənilirmi? VİDEO

Veb TV | 15:45 • 16 Yanvar 2024
Bu il kirayə mənzil bazarında bahalaşma gözlənilirmi?

“Bu il kirayə mənzil bazarında bahalaşma gözlənilir. Hətta kirayə ev tapmaq bəzi hallarda müşkülə çevriləcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəbər Ertəsi”nə müsahibəsində belə deyib. O qiymət artımını bir neçə amillərlə əlaqələndirir.

Elnur Fərzəliyev bildirir ki, mənzillərin bahalaşması ilə paralel kirayə haqları da artır. Belə ki, kirayə qiyməti evin dəyərinin 0,5 faizi qədər olur. 

Onun fikrincə, şəhərin mərkəzi hissələrində kirayə evlərin qiymətinin daha çox artacağı gözlənilir.

Qeyd edək ki, hazırda paytaxtın mərkəzi ərazilərində yeni tikililərdə 1 otaqlı evlərin kirayə qiyməti 500-1000, 2 otaqlılar 600-1200, 3 otaqlı isə 800-2500 manat arasında dəyişir. Köhnə tikililərdə isə 1 otaqlı mənzil 300-600, 2 otaqlı 400-700, 3 otaqlılar 700-1000 manat aralığındadır.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar