Son illər həm ölkədə, həm də dünyada bahalaşma müşahidə olunur. Bu isə öz növbəsində qidalanma, nəqliyyat kimi xərcləri çoxaldır.
Xezerxeber.az xəbər verir ki, buna baxmayaraq xidməti tapşırığı icra etmək üçün başqa yerə göndərilən işçilərin ezamiyyə ödənişləri artırılmır.
Milli məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyir ki, son dəfə 6 il əvvəl müəyyənləşən ezamiyyə tarifləri mövcud qiymətlərə görə çox aşağıdır.
Millət vəkili bildirir ki, ezamiyyə tarifləri müəyyən olunarkən mövsüm də nəzərə alınmalıdır.
Deputat xarici ölkələr üçün ezamiyyə xərclərinin də artırılmalı olduğunu deyir. Onun fikrincə, yeni tariflər müəyyən edilərkən həm ölkədaxili, həm də qlobal infilyasiya nəzərə alınmalıdır.
Daha ətraflı videomaterialda: