14 yaşlı oğlan qaldığı uşaq evindən qaçıb.
Xezerxeber.az xəbər verir ki, hadisə Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində baş verib.
Müəssisədən verilən məlumata görə, 14 yaşlı oğlan və 16 yaşlı bacısı ümid yeri sığınacağından 1 ilə yaxındır ki, uşaq evinə gətiriliblər. Bacı müəssisəyə adaptasiya olsa da amma Cümşüd anasızlığa öyrəşə bilmədiyi üçün bu üsula əl ataraq anasının axtarmaq üçün qaçır.
Uşaq evinin rəhbəri Gülnarə Quliyevanın sözlərinə görə bu uşağın ilk belə halı deyil. O, əvvəllər nənəsi və bibisinin himayəsəində olan zaman da bu üsula əl atıb.
"14 yaşlı oğlanın bu qədər rahat müəssisədən qaça bilməsi" barədə suala isə müəssisədən cavab verilməyib.
Məsələnin təfərrüatlarını öyrənmək üçün bizdə üz tutduq ananın yaşadığı ünvana. Oğlanla qapı arxasından həmsöhbət ola bildik. Uşaq müəssisəni tərk etməsini belə izah edir.
İlk öncə müsahibə verməkdən imtina edən uşaqların anası daha sonra bəzi sullarımızı cavablandırdı. Ana uşağına niyə sahib çıxmadığına isə belə aydınlıq gətirdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: