Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
Partlayış nəticəsində xəsarət alanlar ərazidən təxliyə edilib.
Yanğının miqyası genişləndiyi üçün əraziyə əlavə tibbi briqada və xilasedicilər cəlb edilib. FHN qüvvələrinin müdaxiləsi ilə sexdəki yanğın məhdudlaşdırılıb.
Təəssüflər olsun ki, partlayış zamanı ərazidə olanların hamısını sağ çıxarmaq mümkün olmayıb. Dağıntılar altından 6 nəfərin meyidi çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb həmçinin Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xezerxeber.az "Xəzər Xəbər"in partlayış zamanı əldə etdiyi görüntüləri təqdim edir: