Siyəzən sakini Biləsuvarda, Şəmkir sakini isə Hacıqabulda narkotiklə tutulub.
Xezerxeber.az xəbər verir ki, Biləsuvar polisinin rayonun Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayevi yaxalayıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, Sədrəddin Musayev narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və satmaq üçün Bakıda deyiləcək yerlərə çatdırmalı imiş.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayon sakini Namiq Hüseynov isə narkotik dalınca Hacıqabula gedibmiş. iranlının toruna düşən bu şəxs də polisdən yayına bilməyib. Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kiloqramdan artıq olan tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: