Bakıda növbəti tədris ili üçün uşaqların I sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilib.
Xezerxeber.az xəbər verir ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Vətəndaşlar Bakı Şəhər Təhsil İdarəsinin saytına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Müvafiq bölmədə konkret ünvanlar göstərilib, insanlar sistemə daxil olub qeyd edilən küçə və binanın hansı məktəbin əhatə dairəsinə düşdüyünü müəyyən edə biləcəklər. (EXCELLL) Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 1 ay ərzində aidiyəti üzrə müraciət edə bilərlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov qeyd edib ki, daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: