Kimisi 15, kimisi 20, kimisi isə 30-40 dəqiqə gözləməli olur. Yayın istisində, qışın soyuğunda mənzil başına çatmaq üçün saatlarla dayanacaqda avtobus gözləyirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət 217 saylı marşrutdan gedir.
Məsələyə sürücülərin münasibətini öyrənmək istəsək də, kimisi üzünü kameramızdan gizlədi, ancaq suallarımızı cavablandıran da oldu:
AYNA -dan “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, orada avtobusların sayının təhlili aparılıb. Əsas məsələ avtobusların saylarının tələbat və təklifə uyğun olaraq tənzimlənməsidir. Belə qərarlar insanların istəyinə görə deyil, sərnişin sıxlığının ciddi təhlili nəticəsində qəbul olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: