Bakının Nəriman Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən dayancaqdan istifadə edən sakinlər bu ərazidən hansı avtobusların keçdiyini bilmir.
Xezerxeber.az xəbər verir ki, adı məlumat lövhəsi olan bu lövhədə heç bir məlumat əks olunmayıb.
Paytaxtda belə dayanacaqların sayı az deyil. Əgər nabələd olduğunuz bir ərazidə olsanız, ordan geri qayıtmağın yolunu öyrənmək asan olmayacaq.
Əslində məlumat lövhəsi necə olmalıdır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakının marşrut şəbəkəsi yenidən işlənir. Bu işlər yekunlaşdıqdan sonra marşrutların nömrələrini əks etdirən lövhələr yeni standartlar əsasında quraşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: