Xəzər Xəbər

DTX-nın saxta pasport ƏMƏLİYYATI VİDEO

Veb TV | 20:00 • 15 Yanvar 2024
DTX-nın saxta pasport ƏMƏLİYYATI

Xəbər verdiyimiz kimi, saxta pasport satışı həyata keçirən transmilli cinayətkar dəstə ifşa olunub.

Dövlət Təhlükəsizliyi Xidməti son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edən iki nəfəri saxlayıb. Məlum olub ki, onlar Azərbaycanın və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədləri saxtalaşdırıblar.

Ukraynanın Lvov şəhərində yaşamış İbadət Nuriyev, Fərid Bağırovla qabaqcadan əlbir olan bir qrup şəxs halında ötən ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30 min dollar məbləğində satmaları müəyyən edilib.

DTX tərəfindən həyata keçirilən əməliyyatlarla həmin şəxslərin saxlanılaraq istintaqa cəlb edilmələri təmin olunub.

Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər də müəyyənləşdirilib.

Hazırda qeyd olunan cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar