Xəzər Xəbər

Bakıda güclü partlayış baş verib, ölənlər və yaralananlar var FOTO/VİDEO

Veb TV | 13:48 • 15 Yanvar 2024
Bakıda güclü partlayış baş verib, ölənlər və yaralananlar var

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb, yaralananlar var.

13:30

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar