Xəzər Xəbər

Komando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir VİDEO

Veb TV | 12:32 • 15 Yanvar 2024
Komando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.
Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib.
Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.

Xəbər lenti

Çox oxunanlar