Xəzər Xəbər

Şəmkirdə qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edilib VİDEO

Veb TV | 10:02 • 15 Yanvar 2024
Şəmkirdə qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti