Xəzər Xəbər

Bakıda avtobus sürücüsünün təhlükəli hərəkəti gündəm oldu VİDEO

Veb TV | 20:47 • 14 Yanvar 2024
Bakıda avtobus sürücüsünün təhlükəli hərəkəti gündəm oldu

Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücüsünün qarajda təhlükəli manevrlar etdiyi əks olunub. Sonradan həmin avtobusun “Xaliq Faiqoğlu” şirkətinə aid olduğu məlum olub.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti açıqlama yayıb.

Bildirilib ki, yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib:

“Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Baş vermiş hadisə tərəfimizdən araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib”.

Xezerxeber.az həmin görüntüləri təqdim edir:

Xəbər lenti

Çox oxunanlar