Xəzər Xəbər

Qripin ağır forması yayılıb?

Veb TV | 23:51 • 14 Yanvar 2024
Qripin ağır forması yayılıb?

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında qrip virusunun ağır variantının yayılması ilə bağlı xəbərlər paylaşılır.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda mövsümə uyğun olaraq bəzi respirator viruslar yayılma dönəmindədir.

Xüsusən də qrip virusu yayılmaqdadır. Lakin bu virususn ağır növü ilə bağlı heç bir qeydə alınma yoxdur. A qripi adlanan virus növü var ki, ona da yoluxanlara tək-tək rast gəlinir.

İnfeksionist Türkiyədə yayılan koronavirusun mutasiyaya uğramış JN.1 variantının artması məsələsinə də diqqət çəkib. Qeyd edib ki, orada virusun yayılması səbəbindən maskanın tövsiyə olunması mənfi hal deyil. Ümumiyyətlə, istənilən virusa qarşı qorunmaq yaxşı haldır. Lakin virusun bu növü Azərbaycanda yoxdur.

İnfeksionist tövsiyə edib ki, ümumi viruslara qarşı xüsusi risk qrupunda olan insanlar daha diqqətli olmalıdır. Azyaşlı uşaqlar, yaşlı insanlar və xorniki xəstəliyi olan şəxslərin insanların sıx olduğu yerlərdə tibbi maskadan istifadə etməsi daha məqsədəuyğundur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti