Son günlər banklar tərəfindən kredit faizlərinin artırılacağı ilə bağlı iddialar yayılır. Buna əsas səbəb kimi banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılacağı göstərilir.
Xezerxeber.az-ın məlumatına görə, mövzunu şərh edən iqtisadçı - ekspert Fuad İbrahimov deyib ki, kredit faizləri müxtəlif səbəblərə görə dəyişə bilər.
Ekspert bankların depozit faizlərini artıracağı halda bunun kredit faizlərinə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib.
O əlavə edib ki, kredit faizlərinin artmasının qeyri-neft sektorunun inkişafına mənfi təsiri qaçılmaz olur. Onun sözlərinə görə, yaxın vaxtlarda faizlərin artacağı inandırıcı görünmür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: