Xəzər Xəbər

Yolun hərəkətində dəyişiklik sakinlərin işini ÇƏTİNLƏŞDİRDİ VİDEO

Veb TV | 21:45 • 13 Yanvar 2024
Yolun hərəkətində dəyişiklik sakinlərin işini ÇƏTİNLƏŞDİRDİ

Bir müddət əvvəl təmir olunan yolda işlər yekunlaşanda hərəkətin təşkilində də dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, bu da sakinlərin yaşadıqları binanın həyətinə giriş-çıxışı çətinləşdirib. Söhbət Yasmal rayonu Həsən Məcidov və Əhməd Cəmil küçələrinin kəsişməsindən gedir. Sakinlər deyir ki, Həsən Məcidov küçəsində təmir işləri yekunlaşandan sonra həmin küçəyə qoşa xətt çəkilib. Bu da onların yaşadığı binanın həyətinə girməsinə  maneə yaradıb.

Sakinlər bildirir ki, hərəkətin təşkilindəki dəyişiklik səbəbindən məhlələrinə girmək üçün qaydaları pozurlar. Bu da onların elektron qaydada cərimə olunması ilə nəticələnir. 

Onlar iddia edir ki,  üzləşdikləri çətinliklə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də məlumat veriblər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar