Xəzər Xəbər

XİN-dən Qarabağ erməniləri ilə bağlı AÇIQLAMA VİDEO

Veb TV | 22:00 • 13 Yanvar 2024
XİN-dən Qarabağ erməniləri ilə bağlı AÇIQLAMA

Avropa Şurasının insan hüquqları üzrə komissarının bölgəyə səfəri və apardığı müşahidələr onu göstərdi ki, Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Xəbər verdiyimiz kimi, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının insan hüquqları üzrə komissarının ötən ilin 16-23 oktyabr tarixlərində Ermənistan və Azərbaycana etdiyi səfərlə bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi.

Ayxan Hacızadə bildirib ki, buna baxmayaraq sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları əks etdirmir.

Vurğulanıb ki, komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar