Xəzər Xəbər

Ermənistanın sərhədlərin 1970-ci illərdəki xəritələrə dayanaraq istəməsinin PƏRDƏARXASI VİDEO

Veb TV | 21:00 • 13 Yanvar 2024
Ermənistanın sərhədlərin 1970-ci illərdəki xəritələrə dayanaraq istəməsinin PƏRDƏARXASI

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın iki ölkə arasında sərhədlərin 1970-ci illərdəki xəritələrə dayanaraq müəyyən olunması, eləcə də qoşunların mövqelərdən "güzgü prinsipi" əsasında geri çəkilməsi təklifinin birmənalı olaraq rədd edildiyini bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, dövlət başçısı vurğulayıb ki, sərhədlərin 1970-ci illərin xəritələrinə uyğun olaraq müəyyənləşdirilməsinin hər hansı metodoloji və siyasi əsasları yoxdur.

Tarixçi Ədalət Musayev də deyir ki, prezidentin bununla bağlı yanaşması ədaləti özündə əks etdirir. Ona görə də delimitasiya qətiyyən 70-ci illərin xəritəsi əsasında aparılmamalıdır.

Ermənilərin niyə məhz 1970-ci illərin xəritələrinə üstünlük vermələrinə gəlincə isə tarixçi bunları deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar