Xəzər Xəbər

Qar və çovğun bölgələri ağuşuna ALDI VİDEO

Veb TV | 20:30 • 13 Yanvar 2024
Qar və çovğun bölgələri ağuşuna ALDI

İsmayıllı və Ağsu dolaylarda bu gün qatı duman sürücülərə çətin anlar yaşayıb.

Xezerxeber.az xəbər verir ki, hətta bəziləri dumana görə nəqliyyat vasitələrini yol kənarında saxlamalı olublar.

İsmayıllı və Ağsu rayonları ərazisində müşahidə olunan dumanlı hava şəraiti səhər saatlarında daha da kəskinləşib. Qatı duman səbəbindən, Ağsu,Muğanlı və İsmayıllı istiqamətinə gedən avtomobillərin hərəkətində çətinlik yaranıb. İsmayıllı dolayları daha təhlükəli olub. Nəticədə sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Sürücülərə dolaylarda və enişli yoxuşlu-yollarda daha  ehtiyatlı olmaları tövsiyyə olunub.

Qarlı hava Quba-Xınalıq yolunda da müşayiət edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar