Xəzər Xəbər

Qoparaq yerə düşən elektrik naqili qorxulu ANLAR YAŞATDI VİDEO

Veb TV | 20:45 • 13 Yanvar 2024
Qoparaq yerə düşən elektrik naqili qorxulu ANLAR YAŞATDI

Qoparaq yerə düşən elektrik naqilində qısaqapanma yaranıb.

Xezerxeber.az xəbər verir ki, güclü külək Bakının Binəqədi rayonunda fəsad törədib. Səhər saatlarında Biləcəri qəsəbəsi Əfzələddin Xaqani küçəsində elektrik naqili qoparaq dirəkdən düşüb və qısqapanma əmələ gəlib.

Sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Nazirliyin qəza xidmətinin əməkdaşları xoşagəlməz hadisələrin qarşısını almaq üçün elektrik xəttini dirəkdən ayırıblar.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu "Xəzər Xəbər"ə bildirib ki, güclü külək nəticəsində ərazidəki şam ağacı elektrik naqillərini zədələyib.

Ərazidə işlər yekunlaşdıqdan sonra Əfsələddin Xəqani küçəsinə elektrik enerjisinin verilişi bərpa edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar