Xəzər Xəbər

Soyuq və şaxtalı hava nə qədər DAVAM EDƏCƏK? VIDEO

Veb TV | 20:25 • 13 Yanvar 2024
Soyuq və şaxtalı hava nə qədər DAVAM EDƏCƏK?

Paytaxt ərasizində havanın temperaturu 0 dərəcədən aşağı olacaq.

Xezerxeber.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcəyədək şaxta olacaq.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qarşıdakı günlərin yağmurlu və küləkli keçəcəyi ehtimal olunur.

O, qeyd edib ki, hava şəraitinin ayın 15-dən sonra mülayimləşməsi gözlənilir. Lakin bəzi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Gözlənilən hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti