Xəzər Xəbər

Komando bölmələrinin peşəkarlığı artırılır VİDEO

Veb TV | 18:30 • 12 Yanvar 2024
Komando bölmələrinin peşəkarlığı artırılır

Bu ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Xəbər lenti

Çox oxunanlar