Xəzər Xəbər

9 dili akademik səviyyədə bilən CANLI POLİQLOT VİDEO

Veb TV | 21:45 • 11 Yanvar 2024
9 dili akademik səviyyədə bilən CANLI POLİQLOT

Aslan Məmmədzadə nə az, nə çox düz 9 dili akademik səviyyədə bilir.

Xezerxeber.az xəbər verir ki, Aslanın 32 yaşı var. Bir xarici dili normal danışıq səviyyəsində öyrənmək üçün təxminən 2 il vaxt lazım olduğunu nəzərə alsaq, o, 32 ilə 9 müxtəlif xalqın dilini akademik səviyyədə öyrənməyi necə bacarıb?

Aslan Məmmədzadə deyir ki, dilləri yeni öyrənməyə başlayan zaman bu, heç də asan olmayıb.

Poliqlot ölkəmizdə rus və ingilis dillərindən başqa alman, ispan dillərinə də maraq çox olduğunu da deyir. Həmçinin qeyd edir ki, dilləri nəzəri yox, praktiki öyrənmək lazımdır.

İxtisasca maliyyəçi olan Aslan gələcəkdə 25 dili öyrənməyi hədəfləyir və hazırda müxtəlif dilləri tələbələrə tədris edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti