Xəzər Xəbər

Fiziki pozuntuları olan şəxs sənədi olmadığından əlillik ALA BİLMİR VİDEO

Veb TV | 21:21 • 11 Yanvar 2024
Fiziki pozuntuları olan şəxs sənədi olmadığından əlillik ALA BİLMİR

17  yaşı olsa da heç bir sənədi yoxdur. Şəxsiyyət vəsiqəsi isə olmadığından əlillik müavinəti də ala bilmir.

Xezerxeber.az xəbər verir ki, söhbət İsmayıllı rayonu Ruşan kəndində yaşayan 17 yaşlı Ülvi Məmmədovdan gedir.

Məlum olub ki, ailə üzvlərinin vətəndaşlıq sənədləri qaydasında olmadığına görə, heç bir quruma müraciət edə bilməyiblər. Bu səbəbdən yeniyetməyə əlillik dərəcəsi təyin edilmir.

"Xəzər xəbər"in çəkilişindən sonra  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə komissiya yaradılıb .Komisya üzviləri ailədə olublar. Məlum olub ki, Ülvi Məmmədovun doğum haqqında şəhadətnaməsi belə yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti