Xəzər Xəbər

Binəqədidə yeni tikilidə yaşayanlar köhnə adətlə qızınır VİDEO

Veb TV | 21:10 • 11 Yanvar 2024
Binəqədidə yeni tikilidə yaşayanlar köhnə adətlə qızınır

Qaz xətləri çəkilib, hətta sayğac da qoyulub, amma binaya qaz verilmir.

Xezerxeber.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən bu binanın sakinləri qışın oğlan çağında qazsızlıqdan əziyyət çəkir.

Sakinlər bildirir ki, problemlə bağlı dəfələrlə binanı tikən mtk-ya müraciət etsələr də amma məsələ həll olmamış qalıb.

Hazırda isinmək üçün başqa vasitələrdən istifadə edən sakinlər bildirir ki, bu da əlavə xərcə səbəb olur.

Məsələ ilə bağlı MTK-ya müraciət etdik. Bildirilib ki, binaya qazın verilişi yaxın 2 həftə ərzində həll olunacaq.

O da bildirildi ki, hazırda binada podratçı şirkət tərəfindən qüsurların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar